Xəbərlər
Ramazan bayramı münasibətilə təhsil işçilərinə bayram sovqatları təqdim olunub
31/03/2025, 17:00

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Laçın Rayon Komitəsi tərəfindən Müqəddəs Ramazan bayramı münasibətilə xeyriyyə təşəbbüsü həyata keçirilmişdir. Bu çərçivədə Ağcabədi rayonu, Laçın Obalarında fəaliyyət göstərən təhsil müəssisələrində çalışan aztəminatlı texniki işçilərə bayram sovqatları təqdim olunmuşdur.
Bayram sovqatlarının təqdim edilməsində əsas məqsəd bayram günlərində təhsil işçilərinə mənəvi dəstək göstərmək, paylaşma və həmrəylik dəyərlərini təşviq etmək olmuşdur. Görülən bu təşəbbüs təhsil müəssisələrində çalışan işçilər tərəfindən məmnunluqla qarşılanmışdır.










