Xəbərlər
Rayon Komitəsinin sədri bağçaların Novruz şənliklərində iştirak edib
19/03/2026, 15:26

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zərdab Rayon Komitəsinin sədri Aqil Məmmədov Zərdab şəhərinin 1 və 2 nömrəli körpələr evi-uşaq bağçalarında keçirilən bayram tədbirlərində iştirak edib.
Martın 18-19-da baş tutan bayram şənliklərində uşaqlar maraqlı çıxışlar təqdim ediblər, onların ifasında Novruza həsr olunmuş şeirlər, musiqilər, rəqslər və müxtəlif səhnəciklər nümayiş etdirilib. Novruz bayramı münasibətilə Aqil Məmmədov ittifaq üzvlərini və uşaqları təbrik edib, məktəbəqədər təhsil müəssisələrinə bayram hədiyyələrini təqdim edib.











