Xəbərlər
Rayon Komitəsinin sədri təhsil müəssisələrinin ilk həmkarlar təşkilatı sədrləri ilə görüş keçirib

Noyabrın 14-də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zərdab Rayon Komitəsinin sədri Aqil Məmmədov təhsil müəssisələrinin ilk həmkarlar təşkilatı sədrləri ilə görüş keçirib. Görüşdə açılış nitqi ilə çıxış edən Zərdab rayonu üzrə təhsil sektorunun müdiri Gülağa İsgəndərov komitənin fəaliyyətinə uğurlar arzulayıb.
Daha sonra Rayon Komitəsinin sədri Aqil Məmmədov təşkilatın fəaliyyət istiqamətləri, qarşıda duran məqsəd və vəzifələr barədə məlumat verib. Tədbir çay süfrəsi arxasında davam etdirilib və əmək münasibətlərinin tənzimlənməsinə dair müzakirələr təşkil olunub. Sonda tədbir iştirakçılarının təklifləri səsləndirilib və sualları cavablandırılıb.










