“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Rayonun zəhmətkeş təhsil işçiləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təltif edilib

06/03/2026, 13:07
xeber1

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi fəaliyyət dairəsinə daxil olan məktəbəqədər və orta ümumtəhsil müəssisələrində çalışan fəal qadın təhsil işçilərinin əməyini yüksək qiymətləndirib.

Təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə, gənc nəslin tərbiyəsində göstərdikləri əvəzsiz xidmətə və həmkarlar ittifaqı hərəkatında fəal iştirakına görə 173 nəfər qadın müəllim və digər təhsil işçiləri ETİHİ Yasamal Rayon Komitəsi tərəfindən fəxri fərmanlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bu təltifetmələr komitənin ümumi siyasətinin bir hissəsi olaraq həyata keçirilir. Komitə rayonun müxtəlif məktəbəqədər, ümumtəhsil məktəb və liseylərində çalışan qadın təhsil işçilərinin peşəkar nailiyyətlərini daim diqqətdə saxlayır və onların əməyini layiqincə qiymətləndirməyi əsas vəzifələrindən biri hesab edir. Belə qiymətləndirmələr həm motivasiyanı artırır, həm sosial müdafiəni gücləndirir, həm də peşə fəaliyyətində yeni uğurlara stimul olur.

Qeyd edək ki, təhsil işçilərinin, xüsusilə qadınların əməyinin qiymətləndirilməsi, hüquq və maraqlarının qorunması və sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması komitənin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə tədbirlər təkcə bayram günləri ilə məhdudlaşmır, ilboyu davamlı xarakter daşıyır və təhsil sisteminin inkişafına, kollektiv birliyin möhkəmlənməsinə xidmət edir.


ETİHİ Yasamal Rayon Komitəsi bütün qadın təhsil işçilərinə səmimi təbriklərini çatdırır, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, peşəkar yüksəliş və yeni nailiyyətlər arzulayır.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: