Xəbərlər
“Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri”
18/04/2025, 12:30

ATİAHİ Suraxanı Rayon Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” devizi altında rayonun 172 nömrəli tam orta məktəbində “28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Suraxanı Rayon təhsil müəssisələrinin nümayəndələri, müxtəlif təşkilatların təmsilçiləri, eləcə də Suraxanı Rayon Fövqəladə Hallar və Mülki Müdafiə rəisi, polkovnik-leytenant Toğrul Vəliyev iştirak edib.
Görüş zamanı əməyin mühafizəsinin əhəmiyyəti, rəqəmsallaşma dövründə iş yerlərində təhlükəsizlik məsələləri və süni intellektin əmək mühitinə təsiri kimi mühüm mövzular müzakirə olunub.






