“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Rəqəmsallaşma və Süni İntellektin İş Yerlərinə Təsiri” Mövzusunda Maarifləndirici Tədbir Keçirildi

20/10/2025, 00:27
xeber1

23 aprel 2025-ci il tarixində Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilmişdir. Tədbir hər il aprelin 28-də Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə qeyd olunan Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuşdur.


Bu ilki tədbir “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” devizi altında baş tutmuş, ittifaq üzvlərinin fəal iştirakı ilə həyata keçirilmişdir.


Tədbirdə rəqəmsal texnologiyaların və süni intellektin əmək münasibətlərinə, iş mühitinə, işçilərin hüquqlarına və əməyin mühafizəsinə təsiri geniş müzakirə olunmuş, yeni çağırışlara uyğun hüquqi və praktiki yanaşmalar diqqətə çatdırılmışdır. Eyni zamanda, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunmasında həmkarlar ittifaqlarının rolu xüsusi vurğulanmışdır.


Maarifləndirici tədbir iştirakçılar tərəfindən maraqla qarşılanmış və əhəmiyyətli mövzularda fikir mübadiləsi ilə davam etmişdir.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: