Xəbərlər
RƏSM MÜSABİQƏSİ.
31/03/2026, 17:06

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər arasında Heydər Əliyev irsinin öyrədilməsi, təbliği, eləcə də istedadlı şagirdlərin aşkar olunması və onların yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə rəsm müsabiqəsi keçirilmişdir.Müsabiqədə V–IX sinif şagirdləri iştirak etmişdir.
Sevindirici haldır ki, Hacıqabul şəhər Natiq Ağayev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi Əskərova Zəhra Elşad qızı III Yerə layiq görülmüşdür.Gənc rəssam Zəhranı təbrik edirik və uğurlar arzulayırıq.




