“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Respublika çempionları ilə görüş keçirildi.

09/07/2026, 10:37
xeber1

Respublika çempionları ilə görüş keçirildi.


Bu gün Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi "Gənc xilasedici və yanğınsöndürən" respublika yarışında I yerə layiq görülərək qızıl medal qazanan İsmayıllı komandası ilə İsmayıllı Rayon İcra Hakimiyyətində görüş keçirildi.


Görüş zamanı İcra Başçısı Nahid Bağırov komandanın əldə etdiyi möhtəşəm nəticəni yüksək qiymətləndirərək, onların əzmkarlığından, hazırlıq prosesində göstərdikləri məsuliyyətdən məmnunluğunu bildirdi. Görüş zamanı həmçinin komandanın rəhbəri, N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbin hərbi rəhbəri, Əməkdar müəllim Əsgər Manafovun və bu uğurda əməyi olan hər kəsin fəaliyyəti xüsusi qeyd edildi.Komandanın üzvləri və rəhbəri təşəkkürnamə və hədiyyələrlə mükafatlandırıldı.

 Gənclərə və təhsil işçilərinə göstərdiyi diqqətə görə hörmətli İcra Başçısı Nahid Bağırova rayonun təhsil ictimaiyyəti adından öz minnətdarlığımızı bildiririk. 


Gənclərimizi qazandıqları böyük qələbə münasibətilə bir daha təbrik edir, onlara gələcək yarışlarda yeni uğurlar arzulayırıq.


İnanırıq ki, bu görüş İsmayıllı gənclərinə böyük stimul verəcək, bundan sonra da respublika səviyyəsində rayonumuzu layiqincə təmsil edəcək və yeni nailiyyətlərə imza atacaqlar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: