Xəbərlər
Respublika fənn müsabiqəsinin final mərhələsində iştirak etmək hüququ qazanmış şagirdlər mükafatlandırıldı.

Respublika fənn müsabiqəsinin final mərhələsində iştirak etmək hüququ qazanmış şagirdlər mükafatlandırıldı.
Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı N. Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında Respublika fənn müsabiqəsinin final mərhələsinə vəsiqə almış şagirdlərlə görüş keçirildi. Tədbirdə DŞRTİ İsmayıllı Rayon Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, Respublikanın fənn müsabiqəsinin rayon və zona turunun qalibləri, onların müəllimləri və valideynləri iştirak etdilər. İstedadlı şagirdlərlə keçən səmimi görüşdə onların əldə etdiyi nailiyyətlər bir daha hörmətlə səsləndirildi və gələcək müsabiqələrdə daha böyük uğurlar qazanmaq üçün fikir mübadiləsi aparıldı. Sonra 15 nəfər Respublika final mərhələsinin iştirakçıları, istedadlı şagirdlər ETİHİ İsmayıllı Rayon Komitəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırıldı. Fənn müsabiqəsi qaliblərini rayonun təhsil ictimaiyyəti adından təbrik edir, gələcək müsabiqələrdə daha böyük uğurlar qazanmağı arzulayırıq.


























