Xəbərlər
Respublika Fənn Müsabiqəsinin qalibləri ilə görüş.

2024-2025-ci tədris ilində Respublika Fənn Müsabiqəsi və Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri,təhsil aldıqları ümumtəhsil müəssisəsinin rəhbərləri və fənn müəllimləri ilə Yevlax Rayonu üzrə Təhsil Sektoru , Elm və Təhsil İşçiləri Həmkarlar İttifaql Yevlax Şəhər Komitəsinin birgə təşkilatçılığı ilə görüş keçirilib.
Ağayeva Ülviyyə Arif qızı -Yevlax şəhər Nizami adına 7 nömrəli tam orta məktəbin direktoru
Qasımova Günel İman qızı- Balçılı kənd tam orta məktəbin direktoru
Zeynalov Xəyal Nivər oğlu- Qaraməmmədli kənd tam orta məktəbin direktoru
Musayeva Gülxanım Kamal qızı- Yevlax şəhər Nizami adına 7 nömrəli tam orta məktəbin müəllimi
Məmmədova Ülviyyə Elman qızı - Yevlax şəhər Nizami adına 7 nömrəli tam orta məktəbin müəllimi
Müsabiqə qalibləri;
Qurbanlı Muhammed Ramil oğlu - Yevlax rayon Balçılı kənd tam orta məktəbi -Kenquru beynəlxalq Riyaziyyat Müsabiqəsi -Qızıl medal qalibi
Qurbanlı Camal Ramil oğlu- Balçılı kənd tam orta məktəbi- Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi - Bürünc medal qalibi
Qurbanlı Camal Ramil oğlu- Balçılı kənd tam orta məktəbi - Respublika Fənn Müsabiqəsinin - Riyaziyyat fənni Bürünc medal qalibi
Məmmədli Feyruz Ruslan oğlu - Yevlax şəhər 7 nömrəli tam orta məktəbi -Təbiət fənni - Bürünc medal qalibi
Musalı Nərgiz Cavid qızı - Yevlax şəhər 7 nömrəlu tam orta məktəb -Respublika Fənn Müsabiqəsi - Biologiya fənni - Bürünc medal qalibi
Hətəmli Şəfiqə Eldəniz qızı -Qaraməmmədli kənd tam orta məktəbi-Respublika Fənn Müsabiqəsi-Kimya fənni -Bürünc medal qalibi
Görüş zamanı Yevlax Rayon üzrə Təhsil Sektorunun mudiri Namidə Abbasova və ETİHİ Yevlax Şəhər Komitəsinin sədri Əfsanə Səlimova çıxış edərək məktəb direktoları ,fənn müəllimləri və müsabiqə qaliblərini təbrik edərək uğurlarının davamlı olmasını arzu ediblər. Tədbirin sonunda məktəb direktorları, fənn müəllimlərinə Fəxri Fərman,hədiyyələr və müsabiqə qaliblərinə Təşəkkürnamə ,hədiyyələr təqdim edilib,xatirə şəkilləri çəkilib.
Tədbirin təşkilində göstərilən dəstəyə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkür edirik.







