Xəbərlər
Respublika Fənn Olimpiadalarının final mərhələsinə vəsiqə qazanan şagirdlərlə və onların müəllimləri ilə görüş keçirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsinin və Samux rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinin qalibləri və onların müəllimləri ilə görüş keçirilib.
Görüş zamanı ümumi təhsil müəssisələrinin VIII–XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsində tarix, fizika və Azərbaycan dili fənni üzrə I yerə layiq görülmüş Samux Rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin IX sinif şagirdi Nəsibli Nurlan Orxan oğlu, S.Əliyev adına Samux şəhər 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Hüseynova Nuray Yalçın qızı və Samux rayon İnstitut qəsəbə tam orta məktəbin X sinif şagirdi İsmayılova Aynur Elvin qızı, eyni zamanda hər 3 şagirdin müəllimləri ETİHİ Samux Rayon Komitəsi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Şagirdlərimizə növbəti mərhələdə, müəllimlərimizə isə peşə fəaliyyətlərində uğurlar arzu edirik.







