Xəbərlər
Respublika fənn olimpiadalarının qalibləri ilə görüş keçirilib

Respublika fənn olimpiadalarının qalibləri ilə görüş keçirilib
-----
ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı N. Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində Elm və Təhsil Nazirliyinin və bir neçə təşkilatla birgə keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103- cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində və Respublika fənn olimpiadalarında yüksək nəticə göstərən şagirdlərlə görüş təşkil olunub.
Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli , Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, Respublikanın Əməkdar Müəllimi, məktəbin sabiq direktoru Qalib Bəşirov, fənn müəllimləri və qalib şagirdlərin valideynləri iştirak ediblər.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən qalib şagirdlər təbrik olunub, onların gələcək təhsil həyatında uğurlar arzu edilib. Eyni zamanda, şagirdlərin hazırlanmasında xüsusi əməyi olan fənn müəllimlərinə və valideynlərə təşəkkür bildirilib.
Görüşün sonunda Respublika fənn olimpiadalarının iştirakçıları, qalibləri və müəllimlərinə fəxri fərman və hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

















































