“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Respublikanın Əməkdar Müəllimi Həsənova Nazənin Rza qızının bu günlərdə 60 yubiley yaşının tamam olması ilə bağlı tədbir keçirildi.

30/12/2025, 10:50
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin ilk təşkilatı şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirildi. 


Tədbirdə ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov, kollektiv üzvləri və şagirdlər iştirak etdilər. Şagirdlərin ifasında Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramına həsr edilmiş şeirlər və musiqi nömrələri səsləndirildi. 


Tədbirdə çıxış edən Rayon Komitə sədri ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin bayram təbriklərini kollektiv üzvlərinə çatdırdı. 


Daha sonra komitə sədri çıxış edərək kollektivin ən fəal üzvü, müəllimlik sənətini çox sevən , tədris etdiyi fizika fənnini  şagirdlərinə sevdirən , Respublikanın Əməkdar Müəllimi Həsənova Nazənin Rza qızının bu günlərdə 60 yubiley yaşının tamam olduğunu qeyd etdi. 


Yubilyarın həyat və iş fəailiyyəti haqqında geniş məlumat verən komitə sədri ona xoş arzularını bildirərək Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırdı.


 Respublikanın Əməkdar Müəllimi Həsənova Nazənin müəllimin yubiley yaşının tamam olması münasibətilə təhsil ictimaiyyəti adından ürəkdən təbrik edirik, ona möhkəm can sağlığı və şərəfli işində uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: