“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Rəyasət Heyyətinin növbəti iclası keçirilib

08/09/2026, 12:07
xeber1

ETİHİ Şəki Şəhər Komitəsində keçirilən iclasda 2025–2026-cı tədris ili ərzində görülmüş işlərə dair hesabat dinlənilib. Komitə sədri Ziyafət Xasiyeva çıxış edərək ötən dövr ərzində həyata keçirilən tədbirlər, ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verib, qarşıda duran prioritet vəzifələri diqqətə çatdırıb.


İclasda xüsusilə təhsil müəssisələrində əməyin mühafizəsi komissiyalarının fəaliyyətinin gücləndirilməsi, işçilər üçün layiqli və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin artırılması məsələləri müzakirə olunub.


Bununla yanaşı, yeni əməkdaşların həmkarlar ittifaqına üzvlüyə cəlb edilməsi, yeni üzvlərin ittifaqın Nizamnaməsinin əsas müddəaları, üzvlərin hüquq və öhdəlikləri barədə məlumatlandırılması istiqamətində işlərin gücləndirilməsi ilə bağlı məsələlərə toxunulub.


İttifaq üzvlərinin və ilk həmkarlar ittifaqı sədrlərinin müraciətlərinin onlayn şəkildə qəbulunun və icrasının təmin edilməsi istiqamətində ilkin tapşırıqlar verilib. Bu istiqamətdə müraciətlərin operativ, şəffaf və əlçatan formada həyata keçirilməsi, üzvlərin müraciətlərinə daha çevik baxılması məqsədilə müvafiq işlərin aparılması nəzərdə tutulub.


Çıxış edən Rəyasət Heyətinin üzvləri görülən işləri müsbət qiymətləndirərək, yeni dərs ilində qeyd olunan məsələlərin qanunauyğun şəkildə həllinin, eləcə də ittifaq üzvlərinin sosial-iqtisadi və əmək hüquqlarının qorunmasının daim diqqət mərkəzində saxlanılacağını bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: