Xəbərlər
RFM qalibləri ilə görüş keçirilib
22/04/2026, 15:56

22 aprel 2026-cı il tarixində Salyan rayonu Z.Həmidov adına Çuxanlı kənd tam orta ümumtəhsil məktəbinin Respublika Fənn Müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış şagirdləri - Aylin Babayeva və Nuray Qayıbzadə ilə görüş keçirilib.
Görüşdə Salyan rayonu üzrə Təhsil Sektorunun müdiri Razıgül Dadaşova və ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova iştirak edib. Qonaqlar qazandıqları yüksək nəticəyə görə məktəbliləri təbrik edərək, onlara gələcək təhsil həyatında davamlı inkişaf və uğur arzulayıblar.
Aylin Babayeva ETİHİ Salyan Rayon Komitəsi tərəfindən hədiyyə ilə təltif edilib.





