Xəbərlər
Riyaziyyat fakültəsində əməkdaşlarla görüş keçirilib.

Universitetin rəhbər nümayəndəsi və Həmkarlar İttifaqı Komitəsinin sədrinin Riyaziyyat fakültəsinin professor-müəllim heyəti və əməkdaşları ilə görüşü təşkil olunub.
Görüşün əsas məqsədi Universitet Elmi Şurasına fakültə tərəfindən nümayəndələrin seçilməsi, seçki prosesinin şəffaf və ədalətli təşkili, həmçinin işçilərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumatlandırma olub.
Tədbir zamanı Kollektiv müqavilənin müddəaları fakültə əməkdaşlarına ətraflı izah edilib, onların hüquqlarını müdafiə edəcək maddələr vurğulanıb. Bundan əlavə əmək qanunvericiliyində yeniliklər, daxili nizam-intizam qaydaları, etik davranış prinsipləri barədə iştirakçılara ətraflı məlumat verilib, onların sualları cavablandılırıb.
Sonda əməkdaşların təklif və tövsiyələri dinlənilib, qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanaraq irəlidəki fəaliyyətlərində uğurlar arzulanıb.





