“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Riyaziyyat İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirili

10/03/2026, 10:02
xeber1

Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.


Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, gənc alimlər və mütəxəssislər iştirak ediblər.


Direktor müavini, t.e.d. Elxan Səbziyev çıxış edərək Azərbaycan qadınının tarix boyu cəmiyyətdə tutduğu yüksək mövqedən bəhs edib və tədbir iştirakçılarını təbrik edib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək bütün tarixi dövrlərdə istedadı, zəkası, ailəyə və vətənə bağlılığı ilə seçilən Azərbaycan qadınının milli-mənəvi dəyərlərin qorunub saxlanmasında, elmin və təhsilin inkişafında mühüm rol oynadığını vurğulayıb.


Sonda çıxış edənlər institutun qadın əməkdaşlarını və onların timsalında bütün Azərbaycan xanımlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, tədbir musiqi nömrəsi ilə davam etdirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: