Xəbərlər
Riyaziyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri İradə Mirzəzadəyə təşəkkür bildirilib
17/03/2026, 15:52
Avropa Azərbaycan Məktəbində keçirilən Riyaziyyat olimpiadasının yüksək səviyyədə təşkilinə və istedadlı mütəxəssislərin prosesə cəlb olunmasına göstərdiyi xüsusi dəstəyə görə Elmi Təşkilatların BHİK-nin ilk təşkilatı olan Riyaziyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri, t.ü.f.d., dosent İradə Mirzəzadəyə rəsmi qaydada minnətdarlıq ifadə olunub.
Təhsil Kompleksinin rəhbərliyi tərəfindən ünvanlanan təşəkkürdə İradə xanımın elmi biliklərin obyektiv qiymətləndirilməsində və bu cür əhəmiyyətli tədbirlərin uğurla keçirilməsindəki mühüm rolu xüsusi vurğulanıb.



