“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Rüstəmova Mehriban Əlisa qızının 65 illik yubileyi qeyd olundu

09/12/2025, 20:19
xeber1

Göyçay rayon E. Seyidov adına Ulaşlı-Şıxlı kənd tam orta məktəbinin müəllimi Rüstəmova Mehriban Əlisa qızının 65 illik yubileyi qeyd olundu.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmlarlar İttifaqı Göyçay Rayon Komitəsinin nümayəndələrinin iştirakı ilə Mehriban müəlliməyə uzunmüddətli pedaqoji fəaliyyətinə görə Fəxri Fərman, gül dəstəsi və xatirə hədiyyəsi təqdim edildi.

Əmək fəaliyyətində fədakarlığı, gənc nəslin təlim-tərbiyəsinə verdiyi töhfələr və məktəbin inkişafında roluna görə Mehriban müəlliməyə təşəkkür edir, ona möhkəm can sağlığı və yeni uğurlar arzulayırıq.

Uğurlarınız bol olsun, Mehriban müəllimə!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: