Xəbərlər
İş yerlərində əməyin təhlükəsizliyinin və layiqli əməyin təmin olunması

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarında 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə, “Sağlam psixososial iş mühitinin yaradılmasının təmin edilməsi” mövzusunda Qazax-Tovuz Regional Təhsil Idarəsinin Ağstafa rayonu təhsil sektorunun dəstəyi ilə növbəti tədbirimiz uğurla baş tutmuşdur.
Tədbir Ağstafa rayonunun Kolxəlfəli kənd tam orta məktəbində təşkil olunmuşdur. Tədbirdə Pirli, Düzqışlaq, Qarahəsənli, Xılxına kənd tam orta məktəblərinin, eləcə də Körpələr evi–uşaq bağçasının nümayəndələri, həmçinin yerli icra nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
Çıxış edənlər mövzu ətrafında geniş fikir mübadiləsi aparmış, əməyin mühafizəsinin əhəmiyyəti barədə maarifləndirici məlumatlar vermişlər. Xüsusilə vurğulanmışdır ki, sağlam və təhlükəsiz iş mühitinin yaradılması əmək məhsuldarlığının artırılmasında və işçilərin rifahının təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda qeyd olunmuşdur ki, Həmkarlar İttifaqının fəaliyyəti yüksək qiymətləndirilməlidir. Bildirilmişdir ki, bu kimi tədbirlərin keçirilməsi həmkar üzvlərinin sosial və əmək hüquqlarının qorunması baxımından böyük əhəmiyyət kəsb edir.
Çıxış edənlər tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası nın rəhbərliyinə ,
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə təşəkkür və minnətdarlıqlar ifadə olunmuşdur.








