“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

SABAH qrupları layihəsi çərçivəsində Gəncə Dövlət Milli Dram Teatrında tamaşa nümayiş olunub

02/12/2025, 16:40
xeber1

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi tərəfindən təşkil olunan Sabah İncəsət Festivalı çərçivəsində “Yay gecəsində yuxu” adlı tamaşa Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində nümayiş olunub. Tədbir Gəncə Dövlət Universitetinin dəstəyi ilə baş tutub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Aktyor sənəti ixtisasının tələbələri Vilyam Şekspirin məşhur əsəri əsasında hazırladıqları tamaşa ilə səhnədə çıxış ediblər. Tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.Tədbirdə Gəncə Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəalları da iştirak etmişdir.

Sonda millət vəkili, Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə çıxış edərək SABAH İncəsənət Festivalı çərçivəsində həyata keçirilən tədbirlərin incəsənət mühitinin canlandırılması, teatr sənətinin inkişafı, teatr mədəniyyətinin formalaşdırılması, həmçinin yaradıcı gənclərin dəstəklənməsinə mühüm töhfə verdiyini bildirib.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: