Xəbərlər
Sabirabad Rayon Mədəniyyət Mərkəzində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Sabirabad Rayon Mədəniyyət Mərkəzində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Tədbir çərçivəsində xalq şairi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsəri səhnələşdirilərək tamaşaçılara təqdim olunub.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP Sabirabad rayon təşkilatının sədri, ETİHİ Sabirabad rayon Komitəsinin sədri, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi, Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri , eləcə də rayonun idarə və təşkilat rəhbərləri, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.








