Xəbərlər
Sabirabad rayonu Nərimankənd kənd tam orta ümumtəhsill məktəbinin müəllimlərinin Şuşa və Xankəndiyə yaddaqalan səfəri təşkil olunmuşdur.

Sabirabad rayonu Nərimankənd kənd tam orta məktəbinin müəllimləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Sabirabad rayon Komitəsinin dəstəyi ilə Şuşa və Xankəndi şəhərlərinə ekskursiyada iştirak ediblər.
Səfər çərçivəsində müəllimlər Şuşa və Xankəndinin tarixi, mədəni və mənəvi əhəmiyyətə malik məkanlarını ziyarət etmişlər.
Bu səfər müəllimlər üçün həm maarifləndirici, həm də unudulmaz təəssüratlarla yadda qalıb. Belə ekskursiyalar müəllimlərin dünyagörüşünün zənginləşməsinə, milli-mənəvi dəyərlərimizin daha yaxından öyrənilməsinə və həmrəylik ruhunun güclənməsinə mühüm töhfə verir.
Bu gözəl səfərin təşkilinə və göstərilən dəstəyə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürümüzü bildiririk.






