Xəbərlər
Sabirabad rayonu Yolçubəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər

Sabirabad rayonu Yolçubəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri 10 iyul 2026-cı ildə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Sabirabad Rayon Komitəsinin dəstəyi ilə Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər.
Ekskursiya zamanı müəllimlər Qarabağın incisi olan Şuşanın və Xankəndinin tarixi-mədəni abidələri ilə tanış olub, bu qədim yurd yerlərində yaradılan yeni inkişaf mənzərəsinin şahidi olublar.
Səfər müəllim kollektivinə zəngin təəssüratlar bəxş edib, doğma Qarabağımıza olan sevgi və bağlılığı daha da artırıb.
Bu gözəl təşəbbüsə və göstərilən diqqətə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Sabirabad Rayon Komitəsinə təşəkkür edirik.







