“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Sabirabad rayonunun məktəbəqədər təhsil müəssisələrinin bir qrup əməkdaşı Şəki, Qax və Mingəçevir şəhərlərinə təşkil olunmuş istirahət səfərində iştirak ediblər.

27/07/2026, 11:04
xeber1

Sabirabad rayonunun 1, 4 və 5 nömrəli məktəbəqədər təhsil müəssisələrinin bir qrup əməkdaşı Şəki, Qax və Mingəçevir şəhərlərinə təşkil olunmuş istirahət səfərində iştirak ediblər.

Səfər zamanı iştirakçılar bölgələrin zəngin tarixi irsi, füsunkar təbiəti və görməli məkanları ilə tanış olublar. Şəkinin qədim memarlıq nümunələri, Qaxın təmiz havası və təbiət mənzərələri, Mingəçevirin gözəlliyi səfər iştirakçılarında xoş ovqat yaradıb.

Ekskursiya kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkilinə, ünsiyyətin möhkəmlənməsinə və iş fəaliyyətinə yeni ruh yüksəkliyi ilə qayıtmalarına şərait yaradıb. Səfərin sonunda iştirakçılar bu cür tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayaraq xoş təəssüratlarını bölüşüblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: