“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şabran Peşə Məktəbində 65 Yaş Yubileyi

07/01/2026, 10:16
xeber1

2026-ci ilin 6 yanvar tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə Şabran Şəhəri Peşə Məktəbində 65 yaşını qeyd edən istehsalat təlimi ustası Hacıyeva Zahirə Soltan qızı və ixtisas fənn müəllimi Şahverdiyev Kamran Əliislam oğluna yubiley münasibətilə mərasim keçirildi.

Hər iki müəllimə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olundu. Tədbirdə həmkarlarımızın əldə etdikləri uğurlar və göstərdikləri xidmətlər yüksək qiymətləndirildi.

Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, həmçinin hər iki müəllimi təbrik edərək, onların gələcək fəaliyyətində də uğurlar, sağlamlıq və mənalı bir həyat arzuladığını ifadə etdi.

Təltif edilən müəllimlər öz növbəsində göstərilən etimadı yüksək qiymətləndirərək, təşkilatçılara və həmkarlarına təşəkkürlərini bildirdilər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: