Xəbərlər
Şabran rayon Ağbaş kənd tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi Əşrəf Maxsudovun 65 Yaşı Qeyd Olundu

Şabran rayon Ağbaş kənd tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi Maxsudov Əşrəf Məmməd oğlunun 65 yaş yubileyi münasibətilə mərasim keçirilib. Təhsil sahəsindəki əvəzsiz xidmətləri və fədakar fəaliyyətinə görə, Əşrəf müəllim Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi tərəfindən fəxri-fərman və qiymətli hədiyyələrlə təltif edilib.
Əşrəf müəllimənin uzun illər boyu fiziki tərbiyə sahəsindəki fəaliyyəti, onun şagirdlərinə göstərdiyi qayğı və təhsildəki müsbət izləri xüsusilə vurğulanıb. Məzmunlu dərsləri və idman sahəsindəki bacarıqları ilə gənc nəslin sağlam inkişafına böyük töhfələr verən müəllim, həmçinin məktəb kollektivinin də hörmətini qazanmışdır.
Tədbirdə, Əşrəf müəllimə möhkəm can sağlığı, uzun ömür və gələcək işlərində daha böyük uğurlar arzulandı. Onun təhsil sahəsindəki bu uğurlu yolu, həmkarları və şagirdləri tərəfindən böyük minnətdarlıqla qarşılanıb.






