“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şabran rayon Əmirxanlı kən tam orta ümumtəhsil məktəbin texnologiya müəllimi Hidayət Məmmədovun 65 Yaş Yubileyi qeyd olundu

23/10/2025, 12:41
xeber1


Şabran rayon Əmirxanlı kənd tam orta ümumtəhsil məktəbinin Texnologiya müəllimi Hidayət Ələmdar oğlu Məmmədovun 65 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran rayon Komitəsi tərəfindən Hidayət müəllimə fəxri-fərman və qiymətli hədiyyələr təqdim olunub.


Hidayət müəllim, uzun illərdir ki, təhsil sahəsindəki səmərəli fəaliyyəti ilə tanınır və gənc nəsillərə texnologiya sahəsində biliklər aşılayıb. Tədbirdə onun pedaqoji fəaliyyətinə, həmçinin şəxsi keyfiyyətlərinə yüksək qiymət verilib. Müəllimi təbrik edənlər, ona gələcəkdə daha böyük uğurlar arzulayıblar.


Hidayət müəllim isə göstərilən diqqətə ETİHİ Respublika Komitəsinə öz minnətdarlığını bildirib.


Bir daha Hidayət müəllimi təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və uğurlar arzu edirik.




Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: