Xəbərlər
Şabran rayon Gəndov Kənd Tam Orta Ümumtəhsil Məktəbində İki Əvəzolunmaz İnsanın Yubileyi Qeyd Olundu

Şabran rayon Gəndov kənd tam orta ümumtəhsil məktəbinin Rus dili müəllimi, Ağacanova Validə Hafiz qızı və təsərrüfat müdiri Dadaşov Vaqif Qurban oğlunun 65 yaşları tamam olur. Bu əlamətdar gün münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran rayon Komitəsi hər iki əməkdaşımızı fəxri-fərman və qiymətli hədiyyələrlə təltif edib.
Ağacanova Validə müəllimə uzun illər ərzində təhsil sahəsində göstərdiyi fədakarlıq və əzmkarlıqla tanınır, Gəndov kənd məktəbinin Rus dili fənnini yüksək səviyyədə tədris edir. Onun şagirdlərinə verdiyi təhsil və tərbiyə öz mənəvi dəyəri ilə diqqətəlayiqdir.
Vaqif müəllim isə təsərrüfat sahəsindəki rəhbərliyi ilə məktəbin işində müsbət dəyişikliklərə imza atmış və təhsil müəssisəsinin fəaliyyətinə dəyərli töhfələr vermişdir.
Hər iki əməkdaşımızın təhsildəki və cəmiyyətdəki xidmətləri yüksək qiymətləndirilib. Tədbirdə çıxış edənlər, onların həyat yolunda göstərdikləri nümunəvi zəhmət və fədakarlığı xüsusilə vurğulayıblar.
Biz də Validə və Vaqif müəllimlərimizi təbrik edir, onlara uzun ömür, möhkəm can sağlığı və gələcək işlərində daha böyük uğurlar arzu edirik!







