Xəbərlər
Şabran rayonunda 600-dən yüksək bal toplayan məzunlarla və uğur qazanmış şagirdlərlə görüş keçirildi

10 sentyabr 2025-ci il tarixində Şabran Rayon İcra Hakimiyyətinin inzibati binasında, Şabran Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Təhsil İdarəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran rayon komitəsinin birgə təşkilatçılığı ilə xüsusi bir görüş keçirilib. Görüşdə, 600-dən yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlar, RFM, LMO, "Ən yaxşı təqdimat", "Sabahın alimləri" Respublika müsabiqələrində, eləcə də idman sahəsində Respublika və Beynəlxalq yarışlarda uğur qazanan şagirdlər iştirak ediblər.
Tədbirdə, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Şabran rayonu üzrə Təhsil Sektorunun müdiri Emin Mövsümov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran rayon komitəsinin sədri Seymur Qədəşov, məktəb direktorları və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Görüş zamanı çıxış edən Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev şagirdləri təbrik edərək onlara gələcək həyatlarında böyük uğurlar arzulayıb, onları göstərdikləri əzmkarlıq və nailiyyətlər üçün yüksək qiymətləndiriblər.
Tədbirin sonunda, yüksək nəticələr göstərmiş şagirdlərə fəxri-fərman və qiymətli hədiyyələr təqdim olunub. Bu tədbir, rayonumuzun gənc nəslinə göstərilən diqqət və dəstəyin, həmçinin təhsilin və idmanın əhəmiyyətini bir daha vurğulayıb.
🎓🏆 Rayonumuzun gənclərinə gələcək həyatlarında yeni uğurlar arzu edir, onların daha böyük zirvələrə imza atacağına inanırıq!









