“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şabran rayonunda bir qrup təhsil işçiləri üçün ekskursiya təşkil olundu

23/12/2025, 23:22
xeber1

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 21 dekabr 2025-ci il tarixində Şabran rayonu Ə.Quliyev adına Şahnəzərli kənd tam orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvü üçün Quba şəhəri Şah Əsəri istirahət mərkəzinə ekskursiya təşkil edilmişdir. Tədbir, təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkil edilməsi və kollektiv ruhunun gücləndirilməsi məqsədini daşıyıb.


Ekskursiya iştirakçıları, Şah Əsəri istirahət mərkəzində dincəlmək və təbiətlə əlaqə qurmaq fürsəti tapmışlar. Yaradılan şəraitə görə təhsil işçiləri ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevə dərin təşəkkürlərini bildirərək, belə tədbirlərin davamlı olaraq təşkil edilməsini arzulamışlar.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: