“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şabran Rayonunda İbtidai Sinif Müəllimi Tünzalə Əliyevanın 65 Yaş Yubileyi

17/01/2026, 23:14
xeber1

2026-cı il 16 yanvar tarixində Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən ibtidai sinif müəllimi Əliyeva Tünzalə Ədhəm qızının 65 yaş yubileyi münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi tərəfindən tədbir keçirilib.


Tədbirdə Tünzalə xanıma uzun illər ərzində təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə qiymətli hədiyyələr və fəxri fərmanla təqdim edilib. Tədbir iştirakçıları müəlliminə gələcəkdə daha böyük uğurlar, sağlam və mənalı bir ömür arzulayaraq, onu təbrik ediblər.


Şabran Rayon Komitəsi olaraq, Tünzalə xanımın daha da böyük nailiyyətlər qazanmasını diləyirik və onu bir daha təbrik edirik!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: