“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şabran rayonunda ittifaq üzvləri üçün ekskursiya təşkil olunub

18/10/2026, 17:51
xeber1

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 10 oktyabr 2026-cı il tarixində Şabran şəhər “Cücələrim” körpələr evi-uşaq bağçasında çalışan bir qrup ittifaq üzvünün asudə vaxtının səmərəli təşkili məqsədilə Quba rayonunda yerləşən “GoodMood – Ocaqbaşı” istirahət mərkəzinə ekskursiya təşkil olunub.


Ekskursiya iştirakçıları istirahət mərkəzində yaradılmış şəraitdən yararlanaraq xoş və yaddaqalan vaxt keçiriblər. Belə tədbirlər ittifaq üzvlərinin asudə

vaxtının səmərəli təşkilinə, onların mənəvi istirahətinə, kollektivdə dostluq və həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir.


İstirahət üçün yaradılan şəraitə və göstərilən diqqətə görə kollektiv üzvləri ETİHİ Respublika Komitəsinə dərin təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: