Xəbərlər
Şabran rayonunda məktəb işçisi yubiley münasibətilə təltif olunub
19/02/2026, 15:26

Şabran rayonunda məktəb işçisi yubiley münasibətilə təltif olunub
19 fevral 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi tərəfindən Ağalıq kənd tam orta ümumtəhsil məktəbində çalışan məktəbin texniki işçisi Səadət Ərzimanova 65 illik yubileyi münasibətilə qiymətli hədiyyə və fəxri fərmanla təltif olunub.
Yubilyara gələcək fəaliyyətində uğurlar, möhkəm can sağlığı və mənalı ömür arzulanıb.
Səadət xanımı bir daha təbrik edir, ona işlərində müvəffəqiyyətlər, sağlam və mənalı ömür diləyirik!






