“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şabran rayonunda təhsil işçiləri üçün ekskursiya təşkil olunub

23/12/2025, 23:18
xeber1


ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 21 dekabr 2025-ci il tarixində Şabran rayon Çayqaraqaşlı kənd ümumi orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvü üçün ekskursiya təşkil edilmişdir. Tədbirin əsas məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, onların istirahətinin təmin olunması və kollektiv ruhun gücləndirilməsi olmuşdur.


Ekskursiya Şabran şəhərində yerləşən Villa Qala istirahət mərkəzinə təşkil olunmuş, iştirakçılar üçün rahat və yüksək səviyyəli şərait yaradılmışdır. Təhsil işçiləri istirahət zamanı xoş təəssüratlar əldə etmiş, birgə ünsiyyət və dincəlmək imkanı qazanmışlar.


Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevə dərin təşəkkürlərini bildirmiş, bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsini arzulamışlar.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: