Xəbərlər
Şabran rayonunda təhsil işçilərinə ekskursiya təşkil edildi
29/10/2025, 14:14

2025-ci ilin 8 iyul tarixində ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə Şabran şəhəri Agbaş kənd tam orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvü üçün Xaçmaz rayonunun Aliqas istirahət mərkəzinə ekskursiya təşkil olundu. Bu tədbir, təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkilini və istirahətlərini nəzərdə tuturdu.
İttifaq üzvləri istirahət mərkəzində yaradılan şəraitdən son dərəcə məmnun qaldıqlarını bildirərək, ETİHİ Respublika Komitəsinin Sədri cənab Araz Paşayevə dərin təşəkkürlərini ifadə etdilər. Onlar, təşkilatçılığın yüksək səviyyədə olduğunu və ekskursiyanın həm mənalı, həm də rahat keçdiyini qeyd ediblər.




