Xəbərlər
Şabran rayonunda təhsil işçilərinin 65 illik yubileyi qeyd olunub
10/11/2026, 19:00

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi tərəfindən Şabran rayonu Elman Mütəllimov adına Ağalıq kənd tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən texniki işçi Talıbova Sevinc və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Aslanova Yaqut 65 yaş yubileyləri münasibətilə qiymətli hədiyyə və fəxri fərmanla təbrik olundular.
Hər iki əməkdaşı bir daha təbrik edir, işlərində müvəffəqiyyətlər, sağlam və mənalı ömür diləyirik!




