Xəbərlər
Şabran rayonunda təhsil işçisi yubiley münasibətilə təltif edilib
15/01/2026, 18:47

14 yanvar 2026-ci il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi tərəfindən Şabran rayonunun Ağalıq kənd tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən fizika fənni üzrə laborant Ömərova Bəsti Rəhman qızının 65 illik yubileyi qeyd olunub.
Bəsti Ömərova yubileyi münasibətilə qiymətli hədiyyələr və fəxri fərmanla təltif edilib. Tədbir zamanı yubilyara səmimi təbriklər ünvanlanıb, ona gələcək fəaliyyətində uğurlar, möhkəm cansağlığı və uzun ömür arzulanıb.




