Xəbərlər
Şabran Rayonunda Təhsil İşçiləri üçün Ekskursiya Təşkil Olundu

2025-ci ilin 28 dekabrında, Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə, Şabran rayonunun Allahyar Xəlilov adına Sincanboyad kənd tam orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvü üçün asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə ekskursiya təşkil olundu.
Ekskursiya, Quba şəhərində yerləşən məşhur Qədim Qəçrəş istirahət mərkəzinə baş tutmuşdur. Təhsil işçiləri, mərkəzin gözəl təbiətində asudə vaxt keçirmiş, eyni zamanda kollektiv şəraitdə sıx əmək fəaliyyətini müzakirə edərək, bir-biriləri ilə təcrübə mübadiləsi aparmışlar.
Təhsil işçiləri, yaradılan şərait və dəstək üçün ETİHİ Respublika Komitəsinin Sədri, cənab Araz Paşayevə dərin təşəkkürlərini bildirmişlər. Ekskursiyanın iştirakçıları, belə təşəbbüslərin həm işçi kollektivinin motivasiyasını artırdığını, həm də əməkdaşlar arasında əməkdaşlıq və əlaqələrin möhkəmləndirilməsinə böyük töhfə verdiyini vurğulamışlar.





