Xəbərlər
Şabran Rayonunda Texnologiya Müəllimi Səbirə Bağırova 65 Yaş Yubiley MünasibətiləTəltif Edilib

09 fevral 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi tərəfindən təşkil olunan tədbirdə, Şabran rayonu Cəlal Məmmədov adına Aygünlü kənd tam orta ümumtəhsil məktəbinin Texnologiya müəllimi Bağırova Səbirə Fazil qızı 65 yaşını qeyd edərək fəxri fərman və qiymətli hədiyyə ilə təltif edilib.
Tədbirdə Səbirə xanımın həmyaşıdları və əməkdaşları onun təhsil sahəsindəki uğurlarını və həyatda qazandığı nailiyyətləri xatırlayaraq, ona daha sağlam və mənalı bir ömür arzulayıb.
Bir daha, Səbirə Bağırovaya təhsil sahəsindəki əzmkarlığı, işindəki uğurları və bu yubiley münasibətilə göstərdiyi xidmətlərə görə təbriklərimizi bildiririk. Sağlam, uzun ömür və daha çox nailiyyətlər diləyirik!





