Xəbərlər
Şabran rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi
12/12/2025, 21:17

Şabran rayonunda Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü münasibətilə anım mərasimi keçirilib. Tədbir çərçivəsində Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi naminə göstərdiyi misilsiz xidmətlər barədə danışılıb.
Anım tədbirinin davamı olaraq rayon ictimaiyyətinin iştirakı ilə ehsan süfrəsi təşkil olunub. Mərasimdə çıxış edənlər Heydər Əliyevin həyat və fəaliyyətindən, ölkənin inkişafında oynadığı tarixi roldan söz açıblar.
Tədbirdə iştirak edən sakinlər Ümummilli Liderin xatirəsinin xalqın qəlbində daim yaşayacağını vurğulayaraq, onun ideyalarına sadiq qalacaqlarını bildiriblər.





