Xəbərlər
Şabran rayonunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
12/12/2025, 21:41

Şabran rayonunda Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir iştirakçıları Ulu Öndərin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Abidənin önünə gül dəstələri qoyulub, Heydər Əliyevin dövlətçilik tariximizdə oynadığı müstəsna roldan danışılıb.
Rəsmi qurumların nümayəndələri, ziyalılar və rayon ictimaiyyətinin qatıldığı tədbirdə Ümummilli Liderin Azərbaycanın inkişafı, xalqın rifahı və dövlət quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı işlər xüsusi qeyd olunub.
Anım mərasimi Ulu Öndərin xatirəsinə ehtiramın ifadəsi olaraq bir dəqiqəlik sükutla başa çatıb.





