Xəbərlər
Şabran şəhər Roman Yusifov adına 2 nömrəli tam orta ümumtəhsil məktəb-liseyin Tarix müəllimi Nəcimə Quliyeva 65 illik yubiley münasibətilə təltif olundu.
19/10/2025, 21:24

Şabran şəhər Roman Yusifov adına 2 nömrəli tam orta ümumtəhsil məktəb-liseyin Tarix müəllimi Quliyeva Nəcimə Səfəq qızının 65 yaşı tamam olub. Bu əlamətdar gün münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi tərəfindən müəllimə fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.
Uzun illər gənc nəslin təlim-tərbiyəsində yorulmadan çalışan, tariximizi sevdirən, fədakar müəlliməmizi səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və yeni nailiyyətlər arzulayırıq!




