“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şabran şəhər Samir Zülfüqarov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Məhəbbət Rəsulova 65 illik yubileyi münasibətilə təltif olunub.

19/10/2025, 21:21
xeber1

   Şabran şəhər Samir Zülfüqarov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Rəsulova Məhəbbət Ramiz qızının 65 illik yubileyi qeyd olunub. Uzun illər pedaqoji sahədə səmərəli fəaliyyət göstərən, gənc nəslin təlim-tərbiyəsində xüsusi xidmətləri olan müəllimənin əməyi yüksək qiymətləndirilib.

 

Bu münasibətlə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi tərəfindən Məhəbbət Rəsulova fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub. Tədbirdə müəllimənin pedaqoji fəaliyyətindən, şagirdlərə verdiyi bilik və vətənpərvərlik tərbiyəsindən geniş bəhs edilib.

 

 Müəlliməyə uzun ömür, möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulanıb.


Gallery Image

Sosial şəbəkələrdə paylaş: