Xəbərlər
Şabran şəhəri Samir Zülfüqarov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin ibtidai sinif müəllimi Zülfiyyə Zülfüqarovanın 65 Yaş Yubileyi Qeyd Olundu

Şabran şəhəri Samir Zülfüqarov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin ibtidai sinif müəllimi Zülfüqarova Zülfiyyə Şirinbala qızının 65 yaş yubileyi münasibətilə tədbir keçirilib. Təhsil sahəsində uzun illər boyu yüksək peşəkarlıq və fədakarlıqla çalışan Zülfiyyə müəllimə,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi tərəfindən fəxri-fərmanla təltif edilib və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Tədbirdə, Zülfiyyə müəllimənin təhsildəki əvəzsiz xidmətləri və şagirdlərinə göstərdiyi qayğı yüksək qiymətləndirilib. Onun zəhməti və işinə olan sevgi, həmkarları və şagirdləri tərəfindən böyük hörmətlə qarşılanıb. Təhsil sahəsindəki bu gözəl yubiley, Zülfiyyə müəllimənin həyatının ən yaddaqalan anlarından biri olaraq tarixə düşdü.
Zülfiyyə müəllimə özünə həsr etdiyi peşəyə verdiyi dəyərə görə bir daha təbrik olundu və ona sağlamlıq, uzun ömür və gələcək işlərində daha böyük uğurlar arzulandı.







