“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvünün Quba Rayonuna ekskursiyası:ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə səmərəli asudə vaxt

22/10/2025, 12:19
xeber1


28 May 2025-ci il tarixində, ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvü Quba rayonuna ekskursiya təşkil edib. Təhsil işçiləri üçün təşkil olunan bu ekskursiya, onların asudə vaxtlarını səmərəli şəkildə keçirmələri məqsədilə xüsusi olaraq planlaşdırılıb.


Ekskursiya çərçivəsində iştirakçılar Quba rayonunun tarixi və mədəniyyət abidələri ilə tanış olub, təbiətinin gözəlliklərinə heyran qalıblar. İttifaq üzvləri, göstərilən yüksək təşkilatçılıq və yaradılan şərait üçün ETİHİ Respublika Komitəsinin Sədri Cənab Araz Paşayevə dərin təşəkkürlərini bildiriblər.


Bu cür tədbirlər, təhsil işçilərinin həm şəxsi inkişaflarına, həm də kollektiv ruhunun yüksəlməsinə müsbət təsir göstərir. Təhsil işçilərinin iş həyatında yaranan stressin aradan qaldırılması və asudə vaxtlarının daha keyfiyyətli keçməsi üçün bu kimi ekskursiyaların davamlı olaraq təşkil edilməsi təqdirəlayiqdir.


Təhsil işçiləri, təşkilatçılara və bu gözəl təşəbbüsə dəstək verənlərə minnətdarlıqlarını ifadə ediblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: