Xəbərlər
Şabran şəhərində Fiziki tərbiyə müəlliminin 65 yaş yubileyi

Şabran şəhəri, Roman Yusifov adına 2 nömrəli tam orta ümumtəhsil məktəb-liseyin Fiziki tərbiyə müəllimi Məmmədov Əhlulla Beydulla oğlu 65 yaşını qeyd edir. Bu əlamətdar gün münasibətilə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi tərəfindən müəllim təltif edilib və ona təşəkkürnamə ilə yanaşı qiymətli hədiyyə təqdim olunub.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi, müəlliminin həm təhsil sahəsindəki uğurlarını, həm də həyat yolundakı müvəffəqiyyətlərini yüksək qiymətləndirərək, ona təşəkkür və minnətdarlığını bildirib.
Müəllim Əhlulla Məmmədovun 65 yaşı münasibətilə ona uzun ömür, möhkəm can sağlığı və yeni uğurlar arzulayırıq. Bu əlamətdar günü qeyd edərək, özünü hər zaman peşəkarlıqla işinə həsr edən müəllimə bir daha uğurlar diləyirik.










