Xəbərlər
Şabranda Novruza həsr olunmuş bayram tədbiri təşkil olundu

18 mart 2026-cı ildə Şabran rayonunda yerləşən Zərifə Əliyeva parkında Şabran rayon İcra hakimiyyəti və rayonun idarə - müəssilərinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr edilmiş genişmiqyaslı tədbir keçirildi.
Bayram tədbiri çərçivəsində milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması əsas məqsəd kimi önə çəkildi. Xalqımızın zəngin Novruz ənənələri tədbir iştirakçılarına təqdim olundu, gənclər arasında milli ruhun və vətənpərvərlik hisslərinin daha da möhkəmləndirilməsinə xüsusi diqqət yetirildi.
Tədbir çərçivəsində rayonun ümumtəhsil müəssisələrinin müəllim və şagirdlərinin böyük zövq və yaradıcılıqla hazırladıqları əl işlərindən ibarət sərgi nümayiş olunub, iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandi.
Tədbir bayram ab-havasını daha da gücləndirən rəngarəng konsert proqramı ilə davam etdirildi.







