Xəbərlər
Şabranda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Şabran rayonunda anım tədbiri keçirilib.
Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabayov, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti və təhsil işçiləri iştirak ediblər.
İştirakçılar Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Çıxışlarda bildirilib ki, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və ölkənin inkişafındakı xidmətləri xalqımız tərəfindən daim yüksək qiymətləndirilir. Vurğulanıb ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.







