“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şabranda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş şahmat turnirinin finalı keçirildi

13/04/2026, 22:14
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət heyətinin 11 fevral 2026-cı il tarixli Q-18/27/2026 nömrəli qərarına əsasən ETİHİ Şabran rayon komitəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrinin işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat idman yarışının final mərhələsi keçirildi.


Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və siyasi fəaliyyəti barədə ətraflı məlumat verdi.


Sonda yarışın qalibləri müəyyən olundu, onlara fəxri fərmanlar və mükafatlar təqdim edildi. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad etdilər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: